SON XƏBƏR: Lavrov İrana səfər edəcək

0

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin bu həftə ölkəyə səfər edəcəyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə İrana rəsmi səfər edəcək. Bunu bazar ertəsi keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Həftənin sonunda (İran təqviminə görə, həftə cümə günü başa çatır) biz Lavrovu qəbul edəcəyik”, – deyə o bildirib.

Lavrovun İrana səfəri iyunun 13-də açıqlanıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazirin səfər tarixləri üzərində iş gedir.

 65 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »