Rektor Vilayət Vəliyev ATU-da qaynının qızı üçün hüquq sektoru açıb?…

0

Vilayət Vəliyev Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşı  Aqil Babayevi ATU-da kafedra müdiri təyin edib…

Sözün düzü,  1978-ci ildə Sumqayıt  şəhəri 49 saylı texniki-peşə məktəbini bitirən şəxsin  nə vaxtsa  Azərbaycan Texniki Universitetinin rektoru olması  möcüzədən başqa  bir şey deyil.
Hələ bu harasıdır..?
Bu adam  istedadının “çiçəkləndiyi”  vaxtlar  Azərbaycan Milli Aviasiya Universitetində “yarımştat”  professor olub.
Hələ bu harasıdır..?
Bu adam  40  yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Söhbət Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdən gedir.
Sabiq rektor Havar Məmmədovdan sonra  ATU-ya rektor gələn  Vilayət Vəliyev ilk olaraq  qohumlarını vəzifələrə doldurmağa  başlayıb.
Məsələn, qaynının qızı bakalavr təhsilli Pərvanə Allahverdiyeva üçün ATU-da hüquq sektoru yaratdı.
Hansı ki, ATU-nun tarixində  hüquq sektoru olmayıb. Və hazırda  Pərvanə Allahverdiyeva  prorektorlar səviyyəsində ayda 2600  manat maaş alır.
Hansı ki, neçə ildir ATU-da  çalışanlar  400-450 manat maaş alırlar.
Vilayət Vəliyev rektor olan kimi özünə 4-5 müşavir  təyin etdi. Hamısı da öz qohum əqərəbası, dost-tanışlarıdır, daha dəqiq desək, özünə yaxın olanlardır. Heç birinin də normal təhsili yoxdur.
Diqqətli oxucuların yadında olar ki, Vilayət Vəliyevin rektor olduğu bu universitet hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə gündəmə gəlib.
Təsəvvür edirsiniz, universitet tələbəsi olan hamilə qadın ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib.
Görəsən rektor başa düşmür ki, hamilə qadınlar, uşaq əmizdirən analar peyvənd olunmağa məcbur edilə bilməz.
Bu gün bəlli olur ki, universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib.
5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan problemlər həllini tapmayıb.
Əksinə Vilayət Vəliyev  köhnə  rüşvətxor  şəbəkənin əməllərindən yaxşıca faydalanıb.
Bir sözlə, Vilayət Vəliyev sələfi Havar Məmmədovun əməllərini başqa formada davam etdirir.
Vilayət  Vəliyev rektor olan kimi ATU-nun mətbəəsinin axırına  çıxdı.
Bəli, ATU-nun müasir  texnologiyalara cavab verən,  kompyuterləşdirilmiş mətbəə texnologiyası ilə universitetin çap tələblərini qənaətbəxş, bəlkə də yaxşı səviyyədə ödəyirdi. Universitet müəllimlərinin demək olar ki, bütün çap işləri burada yerinə yetirilirdi, onların yazdıqları kitablar, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, laboratoriya işləri və s., eləcə də universitet rəhbərliyinin tapşırığı ilə müxtəlif buklet və reklam materialları da burada çap olunurdu. Universitetdə nəşriyyat da fəaliyyət göstərirdi, və o, çap olunan materialların qanuni qeydiyyata alınması, rəsmiləşdirilməsi, onlara qrif verilməsi ilə məşğul olurdu. 40 ildən artıq idi ki, mətbəəyə respublikamızda tanınmış mətbəə işçisi Əvəz Abbasov müdirlik edirdi. Təqribən 2 ay əvvəl rektor elmi şura iclasında bəyan edib ki, o, nəşriyyat işçilərini işdən çıxarıb, mətbəəni də bağlayıb, indi yeni mətbəə quracaq. Sonra məlum oldu ki, rektor mətbəəyə haradansa öz adamını gətirib və müdir təyin edib. Mətbəənin əvvəlki müdiri Əvəz Abbasov isə öz komandasını, yəni işçilərini yığıb, özü ilə aparıb və bütün mətbəə avadanlığını da götürüb, hara isə aparıb, çünki, bu avadanlıqlar onun şəxsi əmlakı imiş.
ATU-da  tələbələrin  və müəllimlərin istifadə etdiyi  kseroks, yəni sürət çıxartma  aparatrları. Tələbələr və müəllimlər 5-10  qəpik verməklə özlərinə lazım olan materiallarının sürətini çıxarırmışlar.
Hətta belə söz-söhbət gəzir ki, rektor Vilayət Vəliyev hər şeyə özüm nəzarət edəcəm. Yəni bu adam 10 qəpiklik sürətçıxarmayada nəzarət edir.
Bu adam kefi sitədiyi kafedraları  birləşdirir, kafedra müdirlərini azad edir, guya öz aləmində  islahat aparır.
Vilayət Vəliyev Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın həyat yoldaşı  Aqil Babayevi ATU-da kafedra müdiri təyin edib.
Rektor  qadın müəllimlərə qarşı  çox kobud rəftar edir, hətta deyilənə görə onları təhqir də edir.
Rektor  Vilayət Vəliyev  savadsızın birini  özünə elmi işlər üzrə müşavir  təyin edib.
Bəli, müşavir  Fariz Məmmədovun  Texniki Universitetdə bu qədər elm sahələri  olması barəsində heç məlumatı da yoxdur.
Sözün qısası, Havar Məmmədovdan sonra  rektor Vilayət Vəliyev ATU-da sanki daşı  daş üstə qoymayıb.
Görəsən, Hesablama Palatası və digər qurumlar hara baxır..?
Təhsil naziri  Emin Əmrullayev  rektor Vilayət Vəliyev barəsində nə düşünür..? Əgər düşünə bilirsə…
Yazıda adları keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. “Gündəlik Bakı”

 63 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »