Mətbuatda Mixail Qorbaçovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılıb

0

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçova ağır böyrək xəstəliyi diaqnozu qoyulub. Keçmiş siyasətçi hemodializə getməli olur. Bu

Artıq bir ilə yaxındır ki, həkimlər keçmiş baş katibi nəzarət altında saxlayır.

91 yaşlı Mixail Sergeeviçin vəziyyəti vaxtaşırı pisləşir, lakin heç kim dəqiq diaqnozlar barədə danışmır.

Bir müddət əvvəl Qorbaçov hemodializ üçün, Moskva xəstəxanasına aparılıb. Bundan əlavə, o, vaxtaşırı qan təmizlənməsindən keçir.

Xatırladaq ki, Mixail Sergeeviçin Moskvada Mərkəzi Klinik Xəstəxanada olduğu, hələ fevral ayında bildirilmişdi. SSRİ-nin birinci prezidenti mühafizəsi olan ayrıca qapalı blokda yerləşdirilib.

Onun köməkçisi Vladimir Polyakovun sözlərinə görə, burada müalicə və istirahət, eləcə də işləmək üçün hər cür şərait var. Qorbaçovla görüşmək üçün, VİP otağa yalnız qızı buraxılır, qalanları onunla telefonla əlaqə saxlaya bilirlər. Bundan əvvəl siyasətçi Moskva yaxınlığındakı Kalçuqa kəndindəki bağ evində yaşayıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »