Norveçin “Zyrus Engineering” emalatxanası “Strada LP1200” superkarını təqdim edib.
Qeyri-adi modeldən cəmi doqquz nüsxə hazırlanacaq.
Avtomobil “Lamborghini Huracan” əsasında yığılsa da, burada 600-dən çox hissə dəyişdirilib və gücləndirilib. Superkar iyulun əvvəlində müştəriyə təhvil veriləcək.
1287 kiloqram kütləsi olan və 1200 at gücünə malik kupenin hər nüsxəsi 799 min avroya başa gələcək.