Reisi Qazaxıstan Prezidenti Tokayevi rəsmi mərasimlə qarşılayıb

0

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevi Tehranda İran Prezidenti Seyid İbrahim Rəisi qarşılayıb.

İran Prezidenti Seyid İbrahim Rəisi rəsmi səfər çərçivəsində İrana gələn Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevi Tehranın Sadabad sarayında rəsmi mərasimlə qarşılayıb.

Rəsmi qarşılanma mərasimində İran və Qazaxıstanın dövlət himnləri səsləndirilib. Sonra hər iki prezident yüksək səviyyəli nümayəndə heyətlərini bir-birinə təqdim ediblər.

Qazaxıstan prezidenti Kasım Comert Tokayev İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşmək üçün, bu gün səhər Tehrana gəlib. Tokayevi Tehran səfərində böyük nümayəndə heyəti müşayiət edir.

Rəis və Tokayev arasında Tehranda ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçiriləcək və bir sıra sazişlər imzalanacaq.

 59 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »