Yeni Funksiya:  İNSTAQRAM TİK-TOK-a bənzəyəcək.

0

Instagram bütün videoları ana səhifəsində tam ekranda göstərməyə hazırlaşır.

Yeni funksiya ilə proqram daha çox TikTok-a bənzəyəcək. Instagram rəhbəri Adam Mosseri, platformasının 2022-ci ildə videolara daha çox diqqət yetirməklə TikTok-a daha çox bənzəyəcəyinə işarə edib. Keçən ilin əvvəlində Mosseri, Reels formatının gözlənilənləri vermədiyini və TikTok-un irəlidə olduğunu açıqlayıb. Reels-də paylaşılan TikTok videolarının qarşılıqlı təsirini azaldacaq Instagram, indi ana səhifə axınını TikTok-a bənzətməyə çalışır. Videolar tam ekran olacaq

Mark Zukerberqin İnstaqram hesabından yayımladığı bir hekayəyə məlumata görə, proqram TikTok-a çox bənzəyən tam ekran video xüsusiyyəti ilə gələcək. Videonun təsviri ilə videonu bəyənməyə və ya şərh yazmağa imkan verən düymələr aşağıda görünəcək. Instagram loqosu və digər düymələr yuxarıda yerləşəcək.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »