“Uşaqda fərasətə bax!”- 100-dən artıq insana qarşı Kiber Talama…

0

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub.

R.Babayevin əməlləridən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub.

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »