Polis özünü binadan atmağa cəhd göstərən vətəndaşın həyatını xilas edib

0

İyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin beşinci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib.

İctimairey.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, hadisə yerinə gəlmiş Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutub və digər polis əməkdaşlarının köməyi ilə bu cəhdin qarşısını alaraq onun həyatını xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri almış polis əməkdaşı DİN-in hospitalına yerləşdirilib, onun vəziyyəti qənaətbəxşdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »