Çoban Qara heykəli və “Azərbaycan dağ merinosu” qoyun çinsi. FOTO

0

Gədəbəy rayonunun Qaraməmmədli kəndində ucaldılan çoban heykəli görənlərin marağına səbəb olur.Sosial şəbəkədə paylaşılması və maraq doğurduğunu nəzərə alıb məndə bir qədər araşdırma aprdım.

Heykəl dövrünün məşhur və zəhmətkeş insanı olan “Çoban Qara “nın şərəfinə 1962-ci ildə ucaldılıb. Heykəlin durduğu yer dağlardan gələn Zəyəmçay və İnəkboğan çaylarının qovuşduğu ərazidə yerləşir. Bura aranla, yaylaq arasında bir keçid rolunu oynayır. Qazax, Tovuz və Şəmkir rayonlarından gətirilən bütün sürülər bu ərazidən keçərək yaylaqlara aparılıb.Возможно, это изображение памятник и на открытом воздухе

Qara Namaz oğlu Haqverdiyev Gədəbəy rayonunun Söyüdlü kəndinin sakini olmuşdur. Gədəbəy rayonu “İliç yolu” kolxozunda çoban işləmişdir. Azerbaycan dag merinosu qoyun cinsinin yaradicilirandan biridir.

1947-ci ildə Azərbaycan dağ merinosunun yetişdirilməsi işlərinə görə Gədəbəyin Miskinli kəndindən olan Akademik Mirzə Sadıxov (1896-1970), Akademik Firuz Məlikov (20 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı), zootexnik Süleyman Hüseynov (22 mart 1912, Gədəbəy, Yelizavetpol qəzası – 21 aprel 1973, Gədəbəy), Çoban Qara Haqverdiyev (Gədəbəy Söyüdlü kəndi, 1892-6.12.1967), selleksiyaçı Vasili Georgieviç Smaraqdov Stalin mükafatına layiq görülüblər. Cins 1948-ci ildə təsdiq edilmişdir.Gədəbəydə çoban heykəli görənlərin marağına səbəb olur FOTO VİDEO - AZƏRTAC

Azərbaycan dağ merinosu — 1940-cı illərin sonunda Gədəbəydə yetişdirilən incə yunlu dağ qoyun cinsidir. Qafqaza köçürülmüş molokanların özləri ilə gətirdikləri Mazayev, yeni Qafqaz merinosları ilə qabayunlu bozax cinsi qoyunlarınını çarpazlaşdırılması nəticəsində alınmışdır. Merinos qoyun cinsinin diri çəkisi 50 kq, erkəklərinki isə 75-90 kq-a qədər olur. Merinos qoyunundan 4-6 kq, yaşlı qoyunlarından 7-10 kq-a qədər nazik və uzun yun qırxırlar.

Çoban Haqverdiyev Qara Namaz oglu xidmətlərinə görə SSRI Dövlət mükafatı laureatı adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif edilmişdir. Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində qızıl və gümüş medallar almışdır. Gədəbəy royonunda “Çoban Qara ” mükafatı təsis olunmuşdur.

“Çoban Qara”nın şərəfinə mahnı da bəstələnib. “Çoban Qara” mahnısının sözləri Mirvarid Dilbaziyə, müsiqisi Ağabacı Rzayevayya məxsusudur. Mahnını Rəşid Behbudov, Anatoli Qəniyev, Niyaməddin Musayev və digər məşhur müğənnilər ifa etmişdir.

Arif CƏFƏROV  RF-Surqut

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »