Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda “Kia” markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
İctimairey.az-a FHN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Məmiyev Yaqub Heybət oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Comments are closed.