Qazaxıstan prezidenti Rusiya Federasiyası və İrana səfər edəcək

Qazaxıstan prezidenti Rusiya Federasiyası və İrana səfər edəcək

Kasım-Jomart Tokayev səfərləri rusiyalı və iranlı həmkarlarının dəvəti ilə planlaşdırılıb.

IctimaiRey.az Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya və İrana səfər edəcək, dövlət başçısının mətbuat xidməti BORT No1 rəsmi Telegram kanalında bu barədə məlumat yayıb. Mətbuat xidmətinin məlumatına görə, iyunun 17-də Tokayev Rusiya lideri Vladimir Putinin dəvəti ilə 25-ci yubiley Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) iştirak edəcək.

Dövlət başçısının SPBİF-in plenar iclasında çıxış edəcəyi, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.

Bundan əlavə, iyunun 19-da Tokayev İran prezidenti İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfər edəcək. Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Tehranda yüksək səviyyəli ikitərəfli danışıqlar, eləcə də bir sıra hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.

Comments are closed.

Tərcümə »