Son zamanlar münasibətlərin qalxıb-endiyi Ankara-Afina xəttində yeni iddia ortaya atılıb. Yunanıstan hakimiyyətinin 2020-ci ildə bənzər bir qaçqın böhranının qarşısını almaq üçün, hərəkətə keçdiyi açıqlanıb.
Son zamanlar gərginliyin yüksək olduğu Türkiyə-Yunanıstan xəttində gərginliyi artıracaq addım Afina rəhbərliyindən gəlib.
Prezident səviyyəsindən nazirlər səviyyəsinə qədər bütün səviyyələrdə gərginliyin yüksək olduğu əlaqələri qiymətləndirən Afina rəhbərliyi 2020-ci ildə də oxşar qaçqın böhranının yaşanmaması üçün, sərhədlərini gücləndirmək qərarına gəlib.
Yunanıstan mətbuatında yer alan xəbərdə Yunanıstanın 2020-ci ildəki qaçqın böhranının bənzəri olmaması üçün əsgər, polis və sahil təhlükəsizlik qruplarını sərhədə yığmağa başladığı bildirilib.
Polislərə müxtəlif kateqoriyalar üzrə hazırlıq təhsili verildiyi bildirilərkən, Meriç yaxınlığında məmur sayının artırıldığı da qeyd edilib. Digər tərəfdən, rəsmilər bu məntəqələrdən qaçqınların keçidlərinin ötən illə müqayisədə 20 faiz çox ola biləcəyini bildiriblər.
Qeyd olunub ki, Yunanıstan hakimiyyəti Xanthi və Rodop bölgələrində tədbirləri gücləndirib.
GÖZYAŞARDICI BOMBA GÖNDƏRDİLER
Tədbirlər arasında su şırnaqları yerinə İHA ilə müşahidənin tətbiq edildiyi bildirilərkən, Kathimerini ilə danışan polis mənbələri Meriç ətrafına da gözyaşardıcı qaz və səs bombalarının göndərildiyini açıqlayıbdı. Rəsmilər yeni sistemlərin də göndəriləcəyini bildiriblər.
Digər tərəfdən, Egeydən mümkün qaçqın axınına baxmayaraq, Yunanıstan səlahiyyətlilərinin bölgədə tədbirləri artırdığı da qeyd edilib. Rəsmilər bildiriblər ki, patrul qrupları da daha tez-tez yoxlamalar aparır.
Comments are closed.