Vardevanyan rus dilində Lavrova: Bu adamlar Ermənistanın və Artsaxın maraqlarını təmsil etmirlər- VİDEO

“Hörmətli Sergey Viktoroviç, erməni xalqı sizi Ermənistanda salamlayır. İrəvana xoş gəlmisiniz”. Bu barədə iyunun 9-da Xarici İşlər Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası zamanı “Ermənistan” müxalifət blokundan olan deputat Aram Vardevanyan məlumat verib.

Deputatın fikrincə, Rusiya XİN rəhbəri bəyan etməlidir ki, hazırda Ermənistanda hakimiyyətdə olan bir qrup şəxs ancaq formal gücdür. “Onlar artıq erməni xalqının və Dağlıq Qarabağ Respublikasının, yəni Artsaxın maraqlarını təmsil etmirlər. Rusiya Federasiyası Ermənistanın və erməni xalqının müttəfiqi, bizim üçün qardaş ölkə olub və olacaq. Eyni zamanda, hamımız bilirik ki, son dörd il ərzində sırf formal şəkildə hakimiyyətdə olan bu qrup insanlar Rusiya ilə Ermənistan arasında münasibətlərə təhlükə yaratmaq üçün, əlindən gələni ediblər. Bu bir faktdır. Biz əminik ki, yaxın gələcəkdə bu qrup insanlar hakimiyyətdə olmayan kimi bu təhlükələr aradan qalxacaq və Ermənistan Artsaxın təhlükəsizliyinin əsl qarantı olan güclü ölkəyə çevriləcək. Bu da faktdır, faktdır!” – müxalifət lideri ekspromt tribunadan bildirib.

Vardevanyanın fikrincə, hakimiyyətdə olan insanlar yalnız öz maraqlarını müdafiə edirlər. “Hətta onlar müxtəlif vədlər versələr, müəyyən sənədləri imzalamağa hazır olduqlarını bəyan etsələr belə, bütün bunların heç bir hüquqi qüvvəsi olmayacaq. Bu, qətiyyən olmayacaq”, – deputat vurğulayıb.

 

Comments are closed.

Tərcümə »