Avropa Parlamentində Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki hərəkətləri gündəmə gəlib.

Parlamentdə bu hərəkətlərin insanlığa qarşı cinayət olduğu və soyqırım riski daşıdığı bildirib.

Sincan-Uyğur Muxtar Bölgəsi Avropa Parlamentinin gündəmində olub. Çinin bölgədəki hərəkətləri “insanlığa qarşı cinayət və soyqırım riski” kimi şərh edilib.

AP-nin Strasburqda keçirilən Baş Assambleyasının iclasında Çinin Sincan-Uyğur Muxtar Bölgəsində polis xəbərlərindən mətbuata sızan fayl və fotoşəkillərlə bağlı ötən ayın sonunda hazırlanan qətnamə layihəsi müzakirə edilib.

İclasda söz alan deputatlar qanun layihəsində Çinin hərəkətlərinin insanlığa qarşı cinayət və uyğurlara qarşı soyqırım riski daşıdığını qeyd ediblər.

Deputatlar Aİ və üzv dövlətləri vəhşiliklərə son qoymaq və törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək üçün, Birləşmiş Millətlər Təşkilatının Soyqırım Konvensiyasına uyğun olaraq, bütün lazımi addımları atmağa çağırıblar.

Polis qeydlərinin uyğurların qurbana çevrildiyini hər zamankindən daha çox üzə çıxardığını qeyd edən deputatlar bildiriblər ki, “kütləvi əsassız həbslər, işgəncələr, uşaqların valideynlərindən zorla ayrılması, qul əməyi və rəqəmsal sistem kimi etnik, mədəni və dini kimliklərin kökünü kəsmək üçün edilən təzyiqlər, eyni zamanda, təhsil mərkəzləri deyilən yerlərdə monitorinq sisteminin tətbiq olunması”.

Qanun layihəsi bu gün, iyunun 9-da Baş Assambleyada səsə qoyulacaq. AP-nin qərarları üzv dövlətlərə məsləhət və ya çağırış xarakteri daşıyır və üzv dövlətlər üçün hüquqi cəhətdən məcburi deyil.

Son illərdə Çin Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərini və digər azlıq üzvlərini hədəf alan sistematik hüquqların pozulması iddialarına görə beynəlxalq tənqid hədəfinə çevrilib.

ÇİNİN CAVABI

Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin, mayın 24-də polis qeydləri ilə bağlı mətbuata sızan iddialarla bağlı suala cavab olaraq, “Sizin danışdığınız Çin əleyhinə qüvvələrin Çini ləkələmək səylərinin son nümunəsidir. Bunlar sadəcə olaraq köhnə hiylələrin təkrarıdır. Qeybət və yalan yaymaqla dünyanın hökmünə kölgə sala bilməzlər. Sincanda sabitlik və firavanlıq olduğunu, orada yaşayan insanların həyatlarından razı və xoşbəxt olduğunu gizlədə bilmirlər”. sözləri işlətmişdi.

Comments are closed.

Tərcümə »