ABŞ Rusiyadan uran asılılığını azaltmağı və onun istehsalını artırmağı gözləyir

Bloomberg mənbələrə istinadən xəbər verir ki, ABŞ hakimiyyəti Rusiyadan uran tədarükündən asılılığı azaltmaq niyyətindədir. Vaşinqton ABŞ-da uranın zənginləşdirilməsi müəssisələrinin inkişafına yönəlmiş investisiyalar hesabına tədarükün azalmasına nail olmağı planlaşdırır.

“ABŞ prezidenti Co Baydenin administrasiyası qanunvericiləri ABŞ-ın Rusiya nüvə yanacağı tədarükündən asılılığını azaltmaq üçün, zənginləşdirilmiş uranın birbaşa yerli istehsalçılardan alınması və 4,3 milyard dollarlıq planı dəstəkləməyə sövq edir”, – agentliyin həmsöhbətləri bildiriblər.

ABŞ Energetika Nazirliyinin nümayəndələri qanunvericilərlə görüşdə bu məsələni müzakirə ediblər. Tərəflər belə qənaətə gəliblər ki, bu məqsədlər üçün büdcədən vəsait ayrılmalıdır. Energetika Nazirliyinin nümayəndələri əmindirlər ki, “Rusiyadan zənginləşdirilmiş uranın tədarükündə fasilələr sənaye nüvə reaktorlarının işində fasilələrə səbəb ola bilər”. Ayrılan vəsaitin ABŞ-da uranın zənginləşdirilməsi müəssisələrinin yaradılmasına yönəldilməsi planlaşdırılır ki, sonda federal hökumət onu yerli istehsalçılardan ala bilsin.

Hazırda ABŞ-da kommersiya məqsədləri üçün uranı zənginləşdirən yalnız bir əməliyyat var. Nyu-Meksiko ştatında yerləşir və URENCO Avropa konsorsiumuna (Böyük Britaniya, Almaniya, Hollandiya) məxsusdur. Məlumata görə, ABŞ 2020-ci ildə reaktorların istismarı üçün lazım olan zənginləşdirilmiş uranın ümumi həcminin təxminən 23%-ni Rusiyadan alıb.

Mart ayında ABŞ-ın bir qrup respublikaçı senatoru Rusiyadan uran idxalını qadağan edən qanun layihəsi təqdim ediblər. Bu tədbirlərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq, ABŞ-ın sanksiyaları çərçivəsində tətbiq edilməsi təklif edilib.

Comments are closed.

Tərcümə »