“Əl-Qaidə” terror təşkilatı hakim “Bharatiya Janata” Partiyasının keçmiş nümayəndəsi Nippur Şarmanın Məhəmməd peyğəmbərlə bağlı açıqlamalarına görə, Hindistanda terror aktları törətməklə hədələyib. Zee News telekanalı xəbər verir ki, polis qadının ünvanına gələn hədələr səbəbindən onu himayə altına alıb.
Qalmaqal xanım Şarma televiziya debatları zamanı insanların “İslam dini kitablarının məzmunu ilə lağ edirlər”, müsəlmanların isə, onun təbirincə desək, “Hindu inancı ilə lağ edirlər” deməsindən sonra yaranıb. Bu bəyanatlar xüsusilə İran, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən pislənilib. Bu ölkələr Hindistan səfirlərini də çağıraraq onlara etiraz ediblər. Nipur Şarma vəzifəsindən uzaqlaşdırılıb və partiya üzvlüyündən məhrum edilib. Onun barəsində də istintaq başladılıb və polis onu iyunun 22-də ifadə verməyə çağırıb.
Əl-Qaidə iyunun 6-da bəyanat yayaraq Dehli, Mumbay, həmçinin Uttar Pradeş və Qucaratda intihar hücumları ilə hədələyib. Terrorçular “Məhəmməd peyğəmbərin günahkarlarının əfv tapmayacağını” deyib və onları ölümlə hədələyiblər. Xanım Şarma və ailəsi mühafizəyə götürülüb. Hindistan polisi artıq üç cinayət işi açıb.
Comments are closed.