Dominikan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlər Naziri yaxın
dostu tərəfindən ofisində güllələnərək öldürülüb.
Hücum zamanı 55 yaşlı Orlando Xorxe Mera insanlarla görüş keçirirmiş.
Ən azı altıatəş səsi eşidilib.
Prezidentin sözçüsü hücum edənin Migel Kruz olduğunu bildirib və onu
nazirin uşaqlıq dostu adlandırıb.
İndi o, həbsdədir. Atışmanın motivi hələ də aydın deyil.
Xorxe Meranın ailəsi açıqlamasında bildirib ki, uşaqlıqdan dostluq etdiyi
şəxs ona bir neçə dəfə atəş açıb.
“Ailəmiz bunu edən şəxsi bağışlayır. Orlandonun ən böyük nəsihəti belə
idi ki, heç bir zaman kiməsə kin saxlamamaq” deyiblər.
Xorxe Mera 2020-ci ilin iyulundan, vəzifəyə gəldiyi vaxtdan hazırkı
prezident Luis Abinaderin administrasiyasında çalışıb.
Prezident Abinader tvitində cənab Xorxe Meranın ailəsinə dərin hüznlə
başsağlığı verib və yaxşı dostunun vəfatından dərin təəssüf hissi
keçirdiyini bildirib.
Comments are closed.