Rusiya-Ukrayna müharibəsinin 100 gün geridə qaldığı bir vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya kritik səfər edəcək. Lavrov sabah Türkiyəyə gəlməli idi. Ancaq səfər bir gün qabağa verildi. Rusiya nümayəndə heyəti dünən Ankaraya gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Türkiyədədir. Lavrov – Çavuşoğlu görüşü sabah baş tutacaq.
Lavrov Ankaradakı təmasları çərçivəsində “Masadakı ən kritik məsələ müharibə səbəbilə Qara dənizdə sıxışan ticarət gəmiləri üçün təhlükəsizlik dəhlizinin açılması olacaq. Gəmilərin rahat şəkildə səfərlərini davam etdirmələri üçün, Odessa limanında yerləşdirilən minaların çıxarılması və Rusiya gəmilərinə tətbiq edilən sığorta məhdudiyyəti üçün həll yolları axtarılacaq.
Bu prosesdə Ankara Ukrayna ilə də təmasda olacaq və iki ölkə arasında yardımçı rol oynayacaq. Diplomatik qaynaqlar Türkiyədən açılacaq dəhlizlə məqsədin bazarlara çatmaq və qlobal ərzaq böhranının böyüməsinin qarşısının alınmasına hədəfləndiyi diqqət çəkir. Qara dənizdə təhlükəsiz dəniz ticarət yolunun Türkiyənin təşəbbüsləri ilə formalaşacağı gözlənildiyi halda, yük gəmilərinin silah daşımasının qarşısını almaq üçün BMT, Türkiyə, Rusiya və Ukrayna arasında dördlü nəzarət mexanizmi yaradılacaq. Mexanizmin mərkəzi İstanbulda olacaq. Türkiyə Odessa limanında minaların təmizlənməsində fəal rol oynayacaq. TSK Odessa sahil bölgəsindəki minaları təmizləyəcək. Təmizləmənin iki həftə çəkəcəyi gözlənilir. Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər Türkiyə hərbi gəmilərinin, buradan isə Bosfor boğazına qədər Rusiya hərbi gəmilərinin müşayiət edəcəyi də bildirilir.
Comments are closed.