Bu gün Ukraynada gedən döyüşlər zamanı Rusiya ordusunun daha bir generalı öldürülüb.
IctimaiRey.az xəbər verir ki, bu barədə “InformNapalm” kanalı məlumat yayıb.
Qeyd olunub ki, general-mayor Roman Kutuzov Luqansk vilayətindəki Artemovsk-Lısiçansk şossesi yaxınlığında zərərsizləşdirilib.
Generalın hansı şəraitdə öldüyü bilinmir. Rusiya tərəfi bununla bağlı hər hansı açıqlama verməyib.
Kutuzovun 29-cu ümumqoşun ordusunun qərargah rəisi olduğu bildirilir.