“The Hindu” qəzeti mənbəyə istinadən yazır ki, Ukrayna hakimiyyəti Hindistandan təhlükəsizliyinin təminatçılarından biri olmasını, habelə ölkənin bərpasına kömək etməyi xahiş edib. Ümumilikdə Hindistan hökuməti və özəl şirkətlər humanitar yardım çərçivəsində artıq Ukraynaya 230 ton yük göndərib.
“Həmçinin Hindistanın müharibədən sonrakı bərpasında (Ukraynanın) fəal iştirakını gözləyirik. Bundan əlavə, biz daha çox humanitar yardım, dərmanlar və bəzi texniki və maliyyə yardımı gözləyirik”, – diplomatik mənbə nəşrə bildirib.
Rusiya fevralın 24-dən Ukraynada hərbi əməliyyat keçirir. Aprelin 30-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən təhlükəsizlik zəmanətinə ümid edir. May ayında Kiyevin təşəbbüsü ilə Rusiya-Ukrayna danışıqları dayandırılıb. Elə həmin ay NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə birlikdə Ukrayna öz təhlükəsizliyini təmin etmək üçün işçi qrupu yaratdı.