Moskvada 62 yaşlı iş adamı Hovhannes Kamaryan güllələnib

0

Moskvada 62 yaşlı iş adamı Hovhannes Kamaryan güllələnib. O, konsaltinq xidmətləri göstərən şirkətə sahibdir. (Məsləhətçilik- konsultasiya demək olan xidmət növüdür. Bir şirkət və ya şəxs digər şirkətə müəyyən problemləri həll etmək üçün xidmətlər göstərir.)

Kamaryan bir qızla “Seiji” restoranından çıxarkən güllələnib. Naməlum şəxs həmin şəxsə kürəyindən və başından atəş açıb, bundan sonra mərhumun şəklini mobil telefonu ilə çəkib qaçıb. Məlumatına görə, hadisəni törədən şəxsin 25 yaşı var.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi qətlə yetirilən şəxsin Ermənistanda axtarışda olduğunu bildirib. O, qətl hazırladığına görə axtarışda olub. Eyni zamanda agentliyin mənbəsi bildirib ki, Kamaryan Rusiya Federasiyasının vətəndaşı olduğundan, onun başqa dövlətə ekstradisiyası istisna edilib.

BCM-nin Moskva departamentinin rəhbərinin köməkçisi Yuliya İvanova bildirib ki, Kamaryanın qətlində şübhəli bilinən şəxs saxlanılıb.  Bu, 24 yaşlı Alik E.

Qeyd olunur ki, Kamaryan 2013-cü ildə rəqibi və Ded Xasanın müttəfiqi Rafik Madoyanın sifarişli şəkildə öldürülməsini təşkil etməyə cəhd etdiyi üçün, Ermənistanda axtarışa verilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »