Artak Beqlaryan: Artsax hakimiyyəti Yerevanla tanınması ilə bağlı danışıqlar aparır

0

 

Artsax Respublikasının (Dağlıq Qarabağ Respublikası) hakimiyyəti Yerevanla onun tanınması ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir irəliləyiş yoxdur. Bunu qondarma DQR dövlət “naziri” Artak Beqlaryan deyib.

“Ermənistanla danışıqlar aparılır, Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsi ilə bağlı təmaslar aparılır, lakin hazırda bu məsələdə irəliləyiş yoxdur”, – Beqlaryan bildirib.

Onun sözlərinə görə, iddia etmək olar ki, Ermənistan faktiki olaraq Dağlıq Qarabağı tanıyıb, çünki respublikalar arasında üfüqi əlaqələr saxlanılır – “bərabərlə bərabər”.

“Biz Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmasına nail olmaq üçün, səylərimizi davam etdirəcəyik. Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasından sonra respublikanın Ermənistana birləşməsi məsələsinə baxmaq mümkün olacaq”, – Beqlaryan bildirib.

O vurğulayıb ki, indi Azərbaycan özünü güclü hiss edir, bundan başqa, Türkiyə hərbi-siyasi dəstək verir və bu səbəbdən DQR hakimiyyəti Azərbaycanla birbaşa danışıqlar yolu ilə gələcəkdə tədricən, addım-addım problemlərini həll etmək yollarını axtarmalıdır. Bunun üçün Azərbaycan sülhə hazır olmalıdır, Beqlaryan qeyd edib.

Artak Beqlaryan həmçinin bəyan edib ki, Rusiya sülhməramlıları Artsaxda qeyri-müəyyən müddətə qalmalıdırlar və hazırda onların iştirakı xüsusilə zəruridir.

“Biz hesab edirik ki, sülhməramlı kontingent burada qeyri-müəyyən müddətə qalmalıdır, çünki münaqişə həll olunmayıb”, – Beqlaryan bildirib.

O qeyd edib ki, DQR hakimiyyəti Rusiya sülhməramlılarının regionda olmasını istəyir, çünki Azərbaycan beynəlxalq vasitəçilərin təklif etdiyi üç aydın prinsip üzrə respublika ilə danışıqlara hazır deyil: ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə hüququ və güc və ya güc təhdidi zamanı sülhməramlılardan istifadə etməmək.

“Münaqişə həll olunanda, o zaman Dağlıq Qarabağla Rusiya arasında sülhməramlıların gələcək iştirakı məsələsinə baxıla bilər, onlar zərurətdən və vəziyyətdən asılı olaraq təhlükəsizliyin təminatçısı kimi burada qala bilərlər. Amma hazırda Qarabağda Rusiya sülhməramlılarının olmasına təcili ehtiyac var”, – Beqlaryan vurğulayıb.

Beqlaryan eyni zamanda Rusiya sülhməramlılarının kontingentini artırmağa çağırıb.

“Biz hesab edirik ki, Rusiya kontingentinin sayı artırılmalı, eləcə də onun səlahiyyətləri genişləndirilməlidir”, – Artsaxın “dövlət naziri” deyib.

O, bunun səbəbini Qarabağda müharibədən sonra, tərəflər arasında təmas xəttinin təxminən 2,5 dəfə artması adlandırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »