SON DƏQİQƏ! Azərbaycanda gecə saatlarında dəhşət: Ölənlər və yaralılar var +ADLAR

0

Kürdəmirdə ağır yol qəzası baş verib.

IctimaiRey.az -un  xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı həlak olublar.

Bundan başqa “KaAZ”ın sürücüsü 53 yaşlı, Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və “Mercedes”də olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 32 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »