Braziliyanın şimal-şərqində leysan yağışları nəticəsində ölənlərin sayı 100-ə çatıb- VİDEO

0

Braziliyanın şimal-şərqindəki Pernambuko əyalətində güclü yağışlar və torpaq sürüşməsi 100 nəfərin həyatına son qoyub. Bu regionun rəhbəri Paulo Kamara G1 portalına məlumat verib.

Qubernator yağışdan zərər çəkmiş bələdiyyələrə 100 milyon realın ayrıldığını açıqlayıb. Qeyd olunur ki, pul axtarış-xilasetmə, təxirəsalınmaz və infrastruktur işlərinə sərf olunacaq.

“İndi biz 12 ən kritik nöqtəyə, insanların itkin düşməsi ilə bağlı hələ də məlumatların olduğu nöqtələrə diqqət yetiririk və bunun üzərində çoxlu insan işləyir. Həyəcan vəziyyətindəyik”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Braziliyada leysan yağışlar və torpaq sürüşmələri nəticəsində azı 35 nəfərin həlak olduğu bildirilirdi. Aydınlaşdırılıb ki, ölən və yaralananların sayının ən çoxu Pernambuko və Alaqoas ştatlarının payına düşür.

Yağışlar təpələrdə yerləşən şəhər ərazilərini uçuran sürüşmələrə səbəb olub. Nəticədə minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Belə ki, Pernambuko ştatı hökumətinin məlumatına görə, ən azı 765 nəfər təxliyə edilməli olub.

İlin əvvəlindən bu, ölkədə dördüncü böyük daşqındır.

Fevral ayında Braziliyanın Petropolisində daşqınlar nəticəsində 27-si azyaşlı olmaqla 152 nəfərin öldüyü bildirilirdi. Eyni zamanda, 165 sakin itkin düşmüş hesab edilib, daha 967 nəfər evini itirib. Rio-de-Janeyro qubernatoru Klaudio Kastro 1932-ci ildən bəri ən güclü yağış olduğunu deyib. O, bu faciəni tarixi adlandırıb.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »