Bayden: ABŞ Rusiya ilə müharibə istəmir
Bayden: ABŞ Rusiya ilə müharibə istəmir
IctimaiRey.az– ABŞ Rusiya ilə müharibəyə can atmır, əgər NATO qüvvələri hücuma məruz qalmasa, o zaman Vaşinqton Ukraynadakı hərbi əməliyyata birbaşa müdaxilə etməyəcək. Bunu ABŞ prezidenti Co Bayden çərşənbə axşamı “The New York Times”da dərc olunan məqaləsində bildirib.
“Biz NATO ilə Rusiya arasında müharibə axtarmırıq <…>. Nə qədər ki, ABŞ və ya onun müttəfiqləri hücuma məruz qalmayacaq, biz Amerika qoşunlarını Ukraynaya döyüşmək üçün göndərməklə, ya da Rusiya hərbi qüvvələrinə hücum etməklə bu münaqişədə birbaşa iştirak etməyəcəyik”.
Bundan əlavə, Bayden Vaşinqtonun Rusiyada hakimiyyəti dəyişməyə cəhd etməyəcəyinə inandırıb. “Mən Rusiya Prezidenti Vladimir Putinlə razılaşmasam və onun hərəkətlərini özbaşına hesab etsəm də, ABŞ onun Moskvadakı vəzifəsindən uzaqlaşdırılmasına kömək etməyəcək”, – Amerika prezidenti bildirib.
Nüvə silahları haqqında
Bayden deyib ki, Birləşmiş Ştatlar Rusiyanın nüvə silahından istifadə etmək niyyətində olduğuna dair əlamətlər görmür, Vaşinqton Ukraynada onlardan istənilən istifadəni qəbuledilməz hesab edəcək.
“Mən bilirəm ki, dünyada bir çox insanlar nüvə silahının istifadəsindən [təhlükədən] narahatdırlar. Hazırda bizdə Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur, baxmayaraq ki, vaxtaşırı nüvə qılıncının işə salınmasına yönəlmiş bəyanatlar da var. Bunun özü belə təhlükəli və son dərəcə məsuliyyətsizlikdir”, – ABŞ prezidenti bildirib. “Mən açıq şəkildə bildirmək istərdim ki, bu münaqişədə istənilən miqyasda nüvə silahından istifadə bizim və dünyanın qalan hissəsi üçün tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb olacaq” Bayden deyib
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev bildirmişdi ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi qeyri-mümkündür, çünki bu, hərbi xüsusi əməliyyatın tapşırıqlarına uyğun gəlmir. Eyni zamanda o vurğulayıb ki, Qərbdən və Ukraynadan hər cür təxribat gözləmək olar.