Rusiyanın nəzarətində olduğunu bəyan etdiyi Ukraynanın Mariupol şəhərindən ilk yük gəmisi Rusiyanın Rostov şəhərinə yola düşüb.
Rusiyanın Ukraynaya hücumları davam edərkən, Rusiya ordusunun nəzarətdə olduğunu elan etdiyi Ukraynanın Mariupol şəhərindən 2500 ton dəmir yüklü ilk yük gəmisi Rusiyanın Rostov şəhərinə yola düşdü.
“Bu gün Mariupol limanında 2500 ton isti halda əridilib vərəq halına salınnmış dəmir qalıb”, – Rusiya liman rəsmisi bildirib.
Ukrayna isə Mariupoldan Rusiyaya dəmir daşınmasını “talançılıq” kimi qiymətləndirib.
Rusiya bu ayın əvvəlində Rusiyanın mühasirəsindəki Azovstal polad zavodunda 2400-dən çox ukraynalı əsgərin təslim olmasından sonra, Mariupola tam nəzarəti ələ keçirdiyini və keçən həftə limanın minalardan təmizləndiyini və ticarət gəmilərinin istifadəsinə verildiyini açıqlamışdı.