Kibertəhlükəsizlik Təşkilatları: Çoxlu mütəxəssislərə ehtiyac var, amma məzunların çoxu iş axtarır

0

“Bir sıra ölkələrdə hətta uşaq bağçalarında kibertəhlükəsizlik dərsləri keçirilir. Biz bu sahədə əməkdaşlıqda maraqlıyıq”.

İctimairey.az xəbər verir ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilat kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə dəstək verməsi ilə yanaşı, bu istiqmətdə maarifləndirmə və məlumatlandırmanın həyata keçirilməsinə dəstək verəcək.

Həmçinin Assosiasiya milli maraqların təbliğat və dezinformasiya fəaliyyətinə qarşı mübarizədə müvafiq işlər görəcək.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahid Ələkbərov Bakıda keçirilən “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirə zamanı “Kibertəhlükəsizliyə dair dərslərin keçirilməsində maraqlıyıq” deyib.

“Qısamüddətli inkişaf proqramları, həmçinin professional inkişaf proqramları üzrə özəl sektorla əməkdaşlıq bizim üçün maraqlı məqamdır. Təhsil sənayesinin əmək bazarının tələbələrinə uyğunluğu çox vacibdir. Təhsil sənayesi ilə əməkdaşlıqda biz görürük ki, çoxlu mütəxəssislərə ehtiyac var, amma məzunların çoxu iş axtarır”, – o bildirib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »