Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib-FOTO

0

 Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və Ağcabədi regional “Asan xidmət” mərkəzinin birgə əməkdaşlığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhid övladları üçün bayram şənliyi təşkil edilib.

İctimairey.az xəbər verir ki, tədbirdə çıxış edən GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı uşaqları bayram münasibətlə təbrik edib. Bildirib ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.

Digər çıxış edən natiqlər də uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.

Tədbir “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”, 2 və 6 saylı körpələr evi-uşaq bağçalarının balaca fidanlarının ifasında musiqi, rəqs nömrələri ilə davam edib. Tədbirin sonunda GTM Qarabağ ofisi, Ağcabədi regional “Asan xidmət” mərkəzi və “Güvən Xeyriyyə və Dostluq” Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim olunub. Azərtac

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »