Mayın 30-da günorta radələrində İrəvanın mərkəzində hökumət binaları kompleksinin 3-cü binası qarşısında ciddi toqquşmalar başlayıb.
Paşinyanın əleyhinə kəskin çıxışlar edilir.
Bu, hüquq-mühafizə orqanlarının müxalifət deputatlarına dövlət qurumlarının binalarına sərbəst daxil olmaq hüququndan istifadə etməsinə icazə verməməsindən sonra baş verib.
Müqavimət Hərəkatının tərəfdarları bir neçə nazirliyin yerləşdiyi binaya soxulmağa çalışırlar. Canlı yayımlanan videogörüntülərə görə, zərərçəkənlər var. Saat 12.20-dən qarşıdurmalar davam edir.