Yeni virus sürətlə yayılır! Ekspertlərdən xəbərdarlıq

0

Koronadan sonra bu dəfə dünyada meymun çiçəyi qorxusu başladı. Latın Amerikası ölkələri arasında Argentinada ilk dəfə aşkarlanan meymun çiçəyi virusu Meksikaya da yayılıb. 20-dən çox ölkədə görülən yeni virusla bağlı mütəxəssislərdən həyacanlı xəbərdarlıq gəlib.

Dünyada sürətlə yayılmağa davam edən meymun çiçəyi virusu Meksikaya da yayılıb.

Meksika Səhiyyə Nazirliyinin müşaviri Hugo Lopez Gattel Ramirezin verdiyi açıqlamada, ölkənin paytaxtı Mexikoda ABŞ-da yaşayan 50 yaşlı kişidə meymun çiçəyi virusu aşkarlandığı qeyd edilib. O, virusa Hollandiyada yoluxub.

Nəzarət olunur

Müşavir Ramirez xəstənin hazırda Mexiko şəhərindəki bir klinikada müşahidə altında olduğunu və vəziyyətinin yaxşı olduğunu, xəstənin tezliklə sağalmasını gözlədiklərini bildirib.

Məsləhətçi Ramirez vətəndaşlara meymun çiçəyi virusu ilə bağlı xəbərdarlıq edərək, virusun insandan insana təmas yolu ilə keçdiyini, onun hava, su və qida yolu ilə keçmədiyini bildirib.

Məlumdur ki, 20-dən çox ölkədə aşkar edilən meymun çiçəyi virusuna əsasən Avropada 300-dən çox insan yoluxub.

EKSPERTLERİN RƏYİ

Digər tərəfdən sürətlə yayılmağa davam edən meymun çiçəyi virusu yeni təhlükələri ortaya qoyur. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) İngiltərədə indiyədək yüzdən çox insanda aşkar edilən meymun çiçəyi virusu üçün, yeni təhlükə aşkarlayıb.

Meymun çiçəyi xəstəliyinə yoluxmuş xəstələrin 21 gün ərzində ev heyvanları ilə təmasda olmamaları lazım olduğunu bildirən UKHSA, gerbil, hamster və digər gəmiricilərin xəstəliyə həssas olduğunu açıqlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »