Ukrayna Baş Qərargahı: Rusiyanın 30 mindən artıq hərbçisi zərərsizləşdirilib

0

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30 150 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 338 ədəd tankı, 3 270 ədəd zirehli döyüş maşını, 631 ədəd artilleriya sistemi, 203 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarə, 174 ədəd helikopter, 116 qanadlı raket, 2 213 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri və 48 ədəd xüsusi texnikası məhv edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »