Nepalda göyərtəsində 22 nəfərin olduğu təyyarə itib

0

Nepalda 22 nəfəri daşıyan özəl aviaşirkət Tara Air təyyarəsi əlaqəni dayandırıb.

İctimairey.az xəbər verir ki, bu barədə  aviaşirkətin və hökumətin nümayəndələri məlumat veriblər. İlkin məlumatlara görə, təyyarədə 3 ekipaj üzvü, 13 Nepal, 4 Hindistan və 2 Almaniya vətəndaşı olub.

Mənbələrin bildirdiyinə görə, Nepalın qərbində Kanada istehsalı olan kiçik Twin Otter təyyarəsi turistik şəhər Pokharadan Comsoma uçurdu. Pokhara paytaxt Katmandudan təxminən 200 km şimal-qərbdə, Comsom isə təxminən 80 km məsafədə yerləşir. Yerli polis zabiti Ramesh Tapa bildirib ki, təyyarənin axtarışı davam edir.

Təyyarənin qəzaya uğradığı iddia edilən yerə axtarış etmək üçün helikopter göndərilib, lakin pis hava şəraiti səbəbindən əməliyyat dayandırılıb.

Yerli hökumət rəsmisi Çiranjibi Rana deyib: “Yerli əhalinin sonuncu dəfə təyyarəni gördüyü ərazidə heç bir yaşayış məntəqəsi yoxdur. Havalar yaxşılaşan kimi, vertolyot hava əməliyyatlarına başlayacaq”.

AP xəbər verir ki, Nepalın dağlıq bölgəsində son günlər yağış yağsa da, uçuşlar normal işləyir. Bu marşrut üzrə təyyarələr dağlar arasında uçur və daha sonra dərəyə enir.

Pokharadan Comsoma uçuş dağlıq bölgələrdən keçən xarici turistlər üçün məşhur marşrutdur. Uçuşdan Muktinath məbədini ziyarət edən hindistanlı və nepallı zəvvarlar da tez-tez istifadə edirlər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »