Nur-Sultanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub- FOTO

0

Bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur

Mayın 27-də Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın Müstəqillik Günü təntənəli mərasimlə qeyd olunub.

Paytaxtdakı mehmanxanada keçirilən tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoglanov, Qazaxıstanın energetika naziri Bolat Akçulakov, xarici nümayəndəliklərin rəhbərləri, çoxsaylı qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Səfir Atamoğlanov çıxışında bildirib ki, bu il Azərbaycan ilə qardaş ölkə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. O, Azərbaycanın Müstəqillik Günü mərasiminin belə mühüm bir zamanda keçirilməsinə xüsusi önəm verdiyini fəxrlə qeyd edib

Qazaxıstanlı nazir öz növbəsində əlavə edib ki, 2005-ci ildə Azərbaycan və Qazaxıstan Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş imzalayıb və iki ölkə arasında enerji sahəsində səmərəli əməkdaşlıq qurulub. Akçulakov ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmaq arzusunda olduğunu bildirib.

Azərbaycan mətbəxinin təamlarının təqdim olunduğu mərasim incəsənət nümayəndələrinin çıxışı ilə başa çatıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »