Zaqatalada şəxsi əmək müqaviləsisiz işlədən şirkət 20 000 manat cərimə olunub

0

Zaqatala Modern Hazırlıq Mərkəzi MMC-də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

İctimairey.az Zaqatala rayon prokurorluğunun məlumatına istinadən bildirir ki, aparılmış araşdırmalarla Zaqatala Modern Hazırlıq Mərkəzi MMC tərəfindən 1 nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edildiyindən MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyatı üzrə baxılmasından ötrü Zaqatala rayon məhkəməsinə göndərilmişdir.

Nəticədə-Vüqar Bəkirov 4200 manat məbləğində, hüquqi şəxs Zaqatala Modern Hazırlıq Mərkəzi MMC isə 20 min manat məbləğində inzibati cərimə edilmişdir.

 31 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »