Səfir: Ermənistanın Kafan şəhərində İran konsulluğu açılacaq

0

Ermənistanın Sünik rayonunun Kafan şəhərində İran konsulluğunun açılması ilə bağlı Ermənistanla İran arasında dövlət müqaviləsi var. Bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri  mediyaya deyib.

“İşlərə başlanılıb, lakin biz hələ müvafiq sahəni almamışıq. Bu, bu regionun İran və Ermənistan üçün əhəmiyyətini sübut edir”.

Zohurinin sözlərinə görə, bu, Ermənistanın sərhədyanı rayonları ilə İranın Təbriz vilayəti arasında əməkdaşlıq baxımından çox yaxşı imkan yaradacaq, ticarət dövriyyəsinə yeni təkan və yeni məna verəcək.

“Biz müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tuturuq: elmi, universitet, iqtisadi və digər sahələrdə. Biz də turizm sahəsində çox yaxşı layihələr hazırlayırıq, bu layihələr də yaxın vaxtlarda Sünikdə baş tutacaq. Bu, iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına kömək edə bilər”.

2021-ci il dekabrın 29-da İran hökuməti Xarici İşlər Nazirliyinin Kapanda baş konsulluğun açılması təklifini təsdiqləyib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan  bildirib ki, Ermənistan İranda qarşılıqlılıq prinsipi əsasında baş konsulluğun açılması üzərində işləyir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »