SON DƏQİQƏ! Bakıda güclü yanğın başladı: 2 helikopter və xeyli sayda canlı qüvvə…-VIDEO

0

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.

Bu barədə IctimaiRey.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Əlavə məlumat veriləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »