Meymunlar Şokda! Şəhər və kəndlərə girişləri qadağan edildi

0

İraqda meymun çiçəyi virusuna görə bəzi şəhərlərə meymunların gətirilməsi qadağan edilib

Meymun çiçəyi virusu günü-gündən yayılmağa davam edərkən, ölkələr bir-birinin ardınca tədbirlər görür. İraqda meymun çiçəyi virusunun yayılmasının qarşısını almaq üçün, Zikar və Mosul şəhərlərinə meymunların gətirilməsi qadağan olunub, Bəsrə şəhərində isə xüsusi komissiya yaradılıb. Baxmayaraq ki, İraqda indiyədək heç bir meymunda yoluxma halı aşkarlanmayıb.

Virusun yayılmasının qarşısını almaq üçün, Zikar və Mosul şəhərlərinə meymunların gətirilməsinə qadağa qoyulub, Bəsrə şəhərində isə xüsusi komissiya yaradılıb. Zikar Baytarlıq Xəstəxanasından verilən açıqlamada virusa yoluxma hallarının diaqnozu ilə bağlı görülən tədbirlər çərçivəsində başda meymun olmaqla, şəhərə və İraqa yaxın bəzi ölkələrdə heyvanların gətirilməsinin qadağan edildiyi bildirilib. Meymun bəsləyənlərdən meymunlarını baytar həkimlərə müayinə etdirmələri tapşırılıb.

Bəsrədə virusa görə xüsusi komissiyanın yaradıldığı açıqlanıb. Bəsrə Baytarlıq Xəstəxanasının direktoru Riyaz Məhəmməd yaradılan xüsusi komissiyanın Bəsrədəki heyvan bazarlarında, xüsusilə meymunlara nəzarət həyata keçirəcəyini bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »