SON XƏBƏR: İrəvanda nümayişlər səngimir. Parlamentinin növbədənkənar iclası çağrılacaq

0

Müxalifət: Gündəliyimizlə Ermənistan parlamentinin növbədənkənar iclasını çağırırıq.

“Biz gələn həftə Ermənistan parlamentinin növbədənkənar iclasını çağırmağa hazırlaşırıq, bu gün mitinqdə mən sessiyanın gündəliyinin təfərrüatlarından danışacağam”. Bu barədə mayın 25-də jurnalistlərə müsahibəsində AXC Daşnaksütyun Ali orqanının nümayəndəsi, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib.

O, hakimiyyəti “yalançı gündəmi ilə deyil, xalqın gündəliyi ilə” parlamentə dəvət edib. Onun sözlərinə görə, müxalifətin mandatı tələb edir ki, o, indi küçədə deyil xalqın yanında olmalıdı. “Biz öz gündəliyimizlə parlamentə qayıdacağıq. Biz bu gündəliyi formalaşdıracağıq. Biz şou iştirakçıları, axmaq gündəmin bir hissəsi olmaq istəmirik. Kapitulatordan nə soruşacağıq? Bu barədə artıq Azərbaycan prezidenti Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel danışıblar. Sadəcə olaraq hakimiyyət xalqla əlaqəsi kəsildiyi üçün, ona hörmət etmir. Hansı cəsarətdən danışırlar? Onlar minlərlə qoşunla özlərini mühasirəyə alıblar. Əgər siz bu qoşunları çıxarsanız, onda görərik ki, kim cəsarətdən danışa bilər”, – Saqatelyan əlavə edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »