SON DƏQİQƏ: Texasda məktəbdə atışma nəticəsində ölənlərin sayı 21-ə çatıb

0

Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə atışma olub, 18 uşaq və 3 böyük ölüb. Bu barədə yerli senator Roland Qutyerres məlumat verib.

Atışma 18 yaşlı Salvador Ramos adlı orta məktəb şagirdi tərəfindən törədilib. O, nənəsini də güllələyib. Senatorun sözlərinə görə, məktəbə getməzdən əvvəl gəncin güllələdiyi nənəsi hələ də sağ olsa da, vəziyyəti ağırdırСтрельба в школе в США — число жертв выросло до 21 — последние новости / НВ

Bayden Texas atışmasından sonra silah lobbisinə etiraz etməyə çağırış edib

ABŞ prezidenti Co Bayden Texas ştatının Uvalde şəhərində 21 nəfərin – 18 uşaq və üç böyük insanın ölümü ilə nəticələnən atışmadan sonra xalqa müraciət edib. Dövlət başçısı atışma nəticəsində həlak olanların xatirəsinə bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib.

“Biz özümüzdən soruşmalıyıq ki, müqəddəs olan hər şey adına, nə vaxt silah lobbisi ilə qarşı hərəkətə başlayacağıq. Bu ağrını hərəkətə çevirməyin vaxtı gəldi. Biz bu ölkədə seçilmiş hər bir məmura başa salmalıyıq ki, hərəkətə keçməyin vaxtı çatıb”, – ABŞ prezidenti Ağ Evdə çıxışı zamanı deyib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »