Məsciddən nəzir qutusunu oğurlayan şəxslər tutulub: Görün kimdir +VİDEO

0

Məscidlərin nəzir qutularını qarət edən Lənkəran sakini saxlanılıb.

IctimaiRey.az-nin  verdiyi məlumata görə, oğru üzünə maska taxaraq kənd məscidinin içərisindəki nəzir qutusunu sındırıb, qutudakı 120 manat pulu götürərək oradan uzaqlaşıb. Hadisə Lənkəranın Tütəpeştə kəndində baş verib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin kimliyi müəyyən edilib və o, “isti izlərlə” saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron qolbaq olan Zülfi Nəzərli olduğu müəyyən edilib.

Araşdırmalarla onun digər analoji əməlinin də üstü açılıb.

Məlum olub ki, həmin şəxs Seydəkəran kənd məscidinin qarşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurlayıb.

Faktlarla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »