Zaqatalada itkin düşən turistlə bağlı məlumat

0

May ayının birinci ongünlüyündə Zaqatalaya turist kimi gələn Kondaveeti Manikathi Böyük Qafqaz sıra dağlarının cənub ətəyini gəzmək qərarına gəlib. O, gəzintisini may ayının 13-ü Zaqatala rayonun Qəbizdərə kəndi yaxınlığından dağlıq ərazidən başlayıb. Marşrut üzrə iki dağ aşırımı keçərək Car kənd inzibati ərazisinin yaxınlığındakı el arasında “Şamilovka” kimi tanınan dağ massivinə gəlməli olub.

1993-cü il təvəllüdlü turistin marşrut üzrə hərəkət etdiyi ərazidə, yaxud ərazinin yaxınlığında itkin düşdüyü ehtimal edilir.

Hindistanlı turistin itkin düşməsi ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan Respublikasının vətəndaşının itkin düşməsi ilə bağlı müraciət daxil olub.

İlkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda Rayon Polis Şöbəsinin,eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar. Hələlik bir məlumat əldə edilməyib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »