SON XƏBƏR: Türkmənistanda keçmiş prezidentin atına abidə ucaldılacaq

Türkmənistanda keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun atına abidə ucaldılır.

Türkmənistanda keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun atına abidə ucaldılacaq. Bu barədə Turkmenportal xəbər verir.

Respublikanın yeni rəhbəri Serdar Berdiməhəmmədov Axal vilayətində prezidentin Axal-Təkə atçılıq kompleksinə aid olan Axan atının heykəlinin əks olunduğu abidənin qoyulması haqqında sərəncam imzalayıb. May ayında işlərə başlanacaq, obyekt dekabrda təhvil verilməlidir.

Axan Qurbanqulu Berdiməhəmmədovun şəxsən yetişdirdiyi atdır. 2018-ci ildə at ayağa qalxaraq, 10 metri 4,19 saniyəyə qət etmiş və Ginnesin Rekordlar Kitabına düşüb.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Qurbanqulu Berdiməhəmmədov Aşqabadda Alabai cinsindən olan itinə (Orta Asiya Çoban İti) 6 metr hündürlüyündə qızıldan  abidə açdırıb.Президент Туркменистана открыл памятник с 6-метровой золотой собакой |  Новости Беларуси | euroradio.fm

Comments are closed.

Tərcümə »