SON DƏQİQƏ: İrəvanda müxalifət tərəfdarları metronun hərəkətini bağlayıb

0

Bu gün, 23 mayda etirazçılar mərkəzi metro stansiyalarından birini bağlayıblar

“Molodejnaya” stansiyası Yerevanın ən işlək metro stansiyalarından biridir. Onun yanında bir neçə böyük təhsil müəssisəsi yerləşir. İrəvan metrosu on stansiyadan və cəmi bir xəttdən ibarətdir.В Ереване протестующие заблокировали одну из центральных станций метро -  Новости – Мир – Коммерсантъ

Ermənistan polisi bazar ertəsi İrəvan metrosunun işini əngəlləməyə cəhd edən müxalifət fəallarını saxlayıb.

Mediyanın verdiyi məlumata görə, müxalifətçilər metronun müxtəlif stansiyalarında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirib, vaqonların qapısında dayanaraq onların hərəkətinə mane olublar. Onlar etiraz şüarları səsləndirir və mahnı oxuyur.  Polis etirazçıları saxlamağa bir o qədər maraqlı olmasa da, təxminən 15 nəfər saxlanılıb.В Ереване протестующие заблокировали одну из центральных станций метро -  Новости – Мир – Коммерсантъ

Bundan başqa, səhər saatlarında İrəvanda müxalifətin mitinqləri keçirilir.

Aprelin 17-dən İrəvanda parlament müxalifəti və müxtəlif müxalifət qruplarının təşkil etdiyi hökumət əleyhinə aksiyalar, yürüşlər və mitinqlər keçirilir. Ermənistanda yeni etiraz dalğası Paşinyanın “Qarabağın statusu ilə bağlı siyasətinə və Azərbaycanla sülh sazişinin imzalanmasının tərəfdarı olduğu parlamentdəki çıxışından sonra başlayıb.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »