Davosda çıxış edən BVF-nin (Beynəlxalq Valyuta Fondu) idarəedici direktoru Kristalina Georgiyeva qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən sonra, ən böyük sınaqla üzləşdiyini iddia edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva Davosda keçirilən Dünya İqtisadi Forumunun (DİF) iclaslarında çıxış edərək bildirib ki, Ukraynadakı problem “həyatları məhv etmək, artımı aşağı salmaq və inflyasiyanı yüksəltməkdir”.
Davosda keçirilən DİF iclaslarının başlanğıcında çıxış edən BVF rəhbəri qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən bəri ən böyük sınaqla üz-üzə olduğunu bildirib.
QLOBAL İQTİSADİYYAT PROBLEMLƏRƏ MÜBARİZƏDİR
İqtisadçılar, Çin istehsalının koronavirusla mübarizə apararkən kəskin şəkildə azalması, Avropanın inflyasiyadan əziyyət çəkməsi, ABŞ-ın pul siyasətini sərtləşdirməsi və inkişaf etməkdə olan bazarların ərzaq qıtlığı ilə üzləşməsi nəticəsində dünyanın tənəzzülə doğru sürüşməsindən narahatdırlar. Georgiyeva isə hesab edir ki, bu problemlər qlobal iqtisadiyyat üçün böyük təhlükə yaradır.
Georgieva bütün ölkələri ticarətdəki maneələri aradan qaldırmağa, borcla üzləşmiş ölkələrə yardım etməyə və onların transsərhəd ödəniş sistemlərini modernləşdirməyə çağırıb və qeyd edib ki, parçalanmanın dağıdıcı formaları qısamüddətli həll yolu deyil.
Georgieva ölkələri “dünyanı daha kasıb və daha təhlükəli edəcək geoiqtisadi qüvvələrə təslim olmamağa” çağırıb. Bu çağırış dondurulmuş Rusiya aktivləri ilə maliyyələşdirilməsi planlaşdırılan “Ukrayna üçün yenidənqurma dəstək paketi”nin gündəmdə olduğu vaxt gəlib.
UKRAYNA KOMPENSASİYA İSTƏYİR
“Financial Times”a danışan Ukraynanın keçmiş maliyyə naziri Natali Jaresko dünyanın Ukraynanın yenidən qurulması ideyalarını dəstəkləməli olduğunu və “Putin hamımıza hücum edib” deyib.
2014-16-cı illərdə Kiyevdə maliyyə naziri vəzifəsində çalışmış ABŞ əsilli Jaresko xəbərdarlıq edib ki, tezliklə dünyada hamı Rusiyanın işğalının iqtisadi təsirlərini hiss edəcək. “Ərzaq böhranında ən yoxsul ölkələr, neft və qaz qiymətlərindən təsirlənənlər və iqlim dəyişikliyini dayandırmaq istəyənlər Ukraynanın qalib gəlməsinə ehtiyac duyurlar” Jaresko deyib.
“Əsas məsələ ABŞ və Aİ-ni müharibəyə görə təzminat tələb etməklə yanaşı, Rusiyanın dondurulmuş aktivlərini ələ keçirməyə inandırmaqdır. “Mən bunun tam qanuni olmadığını bilirəm, lakin biz prosesə indi başlamalıyıq” deyə bildirib.