Kadırov Mariupolun azad edilməsi şərəfinə video yayımlanib
IctimaiRey.az Video Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Mariupolun Azov millətçilərindən azad edilməsi şərəfinə yumoristik video yayımlayıb.
Video Kadırovun teleqram kanalında yerləşdirilib. Videoda yaraqlıların Roma Papasından və digər dünya liderlərindən necə kömək istəməsindən bəhs edilir. Video Kadırovun millətçilərin yerləşdiyi iddia edilən avtobusu idarə etdiyi fraqmentlə bitir. “Növbəti dayanacaq Qroznıdır” Kadırov deyir. Çeçenistan rəhbəri videonun altında yazıb: “Ancaq mən sizə xəbərdarlıq etmişəm”. Aprelin 21-də rus qoşunları Mariupolu işğal etdilər və şəhərdə qalan millətçilər Azovstal zavoduna sığındılar. Mayın 21-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi bütün millətçilərin Azovstal ərazisini tərk etdiyini açıqlayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ümumilikdə 3 mindən çox yaraqlının təslim olduğunu bildirib.