Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ordusunun gücü 700 min nəfərdir. O bildirib ki, ötən il Ukrayna Silahlı Qüvvələrinin 100 min nəfər artırılması haqqında fərman imzalayıb.
“Bu gün 700 mindir – siz 700 min döyüşən insanın əməyinin nəticəsini görürsünüz”, cənab Zelenski “Ukrayna 24” kanalına müsahibəsində deyib.
O, rus ordusunun sayını təxmin edərək bildirib ki, “bu, həqiqətən də böyük həcmdir”. “Düşünürəm ki, bu gün Avropanın heç bir ölkəsi belə bir həcmin öhdəsindən gələ bilməz”, – Ukrayna prezidenti hesab edir.
Fevralın 24-də Vladimir Putin Ukraynanı “demilitarizasiya və denazifikasiya” üçün hərbi əməliyyat elan etdi. Qərb ölkələri bu qərarı pisləyib və buna cavab olaraq artıq bir neçə sanksiya paketi, eləcə də Kiyevə silah tədarükünü artırıb. Bu gün, mayın 21-də ABŞ prezidenti Co Bayden Ukraynaya rekord məbləğdə – 40 milyard dollarlıq yardım haqqında qanunu imzalayıb.