İsveçrədə bir nəfərin “Meymun çiçəyi” virusuna yoluxduğu açıqlanıb.
IctimaiRey.az xəbər verir ki, İsveçrə Federal İctimai Səhiyyə İdarəsinin rəsmi “Twitter” hesabından edilən paylaşımda meymun çiçəyi virusunun hazırda Avropa və Şimali Amerikada yayıldığı bildirilib və virusun 1 nəfərdə görüldüyü paylaşılıb.
“Meymun çiçəyi”nin yüngül bir xəstəlik olduğu qeyd edilib və simptomları olanların həkimə müraciət etməsi tövsiyə edilib.
Qeyd edək ki, İsveçrə ilə yanaşı, virusun görüldüyü ölkələrin sayı 13-ə yüksəlib.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək 80 “Meymun çiçəyi” hadisəsini təsdiqləyib, 50 hadisə isə hələ də araşdırılır.