Mariupol: Rusiya Azovstalda tam qələbə qazandığını elan etdi – FOTO

0

Rusiya Ukraynanın liman şəhəri Mariupol uğrunda aylardır davam edən döyüşdə qalib gəldiyini elan edib.

Moskva hakimiyyətinin məlumatına görə, şəhərin “Azovstal” polad zavodunu müdafiə edən sonuncu döyüşçülər təslim olublar.

Bir neçə ay ərzində qoşunlar nəhəng kompleksdə gizlənərək, Rusiyanın şəhəri tam nəzarətə götürməsinə mane olublar.

Cümə günü evakuasiya müharibənin ən dağıdıcı mühasirəsinin sona çatdığını göstərir, Mariupol indi tamamilə məhv edilib.

Rusiya Müdafiə Nazirliyi 531 ukraynalı hərbçinin ərazini tərk etməsindən sonra, şəhərin və onun polad zavodunun hazırda “tamamilə azad edildiyini” bildirib.

“Hərbilərin gizləndiyi müəssisənin yeraltı obyektləri Rusiya silahlı qüvvələrinin tam nəzarətinə keçib”, – məlumatda deyilir.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, obyektin qalan sonuncu müdafiəçilərinə ərazini tərk etməyə icazə verilib.

“Bu gün uşaqlar hərbi komandanlıqdan aydın siqnal aldılar ki, çıxıb canlarını qurtara bilərlər”, – o, cümə günü səhər saatlarında Ukrayna telekanalına deyib.

Bir neçə həftə ərzində Azovstal zavodu tamamilə mühasirəyə alınıb.Людей в осажденном Мариуполе необходимо срочно защитить - View

Rusiya qüvvələri bütün humanitar yardımların axınına mane olub, ərazini havadan bombalayıb və qalan müdafiəçilərdən silahlarını yerə qoymağı tələb edib.

İçəridə qalanların çoxu qadın, uşaqlar və qocalar da daxil olmaqla, mülki şəxslər olub. Bir neçə həftə davam edən BMT və Qırmızı Xaç Cəmiyyəti tərəfindən koordinasiya edilən əziyyətli danışıqlardan sonra, onlar bu ayın əvvəlində tamamilə təxliyə edilib.

Lakin ukraynalı müdafiəçilərin təslim olmaqdan davamlı imtinası o demək idi ki, Rusiya strateji liman şəhərinə tam nəzarət edə bilməz.

Bir çox ukraynalılar üçün bu, həm də “Azovstal”ın müdafiəçilərini milli qəhrəmana çevirib, ölkənin inadkar müqavimətini simvollaşdırıb.

İçəri sığınan yüzlərlə əsgər arasında dəniz piyadaları, Milli Qvardiya (o cümlədən Azov alayı), sərhədçilər, polis və ərazi müdafiə bölmələri var idi.ИНТЕРВЬЮ «Буча, умноженная на сто»: мэр Мариуполя об осажденном городе | Новости ООН

 

 

 

 

 

Ərzaq ehtiyatı azalan və susuz düşərgə quraraq həftələrlə yeraltı bunkerlərdə və gün işığı olmayan tunellərdə yaşadılar.

Genişlənən dörd kvadrat mil kompleks, nüvə müharibəsindən sağ çıxmaq üçün nəzərdə tutulmuş tunellərin labirintidir.

Onların komandiri bildirib ki, bütün yaralı əsgərlər artıq Rusiya avtobusları və təcili yardım maşınları ilə aparılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »