Mənzildən kəskin iy gəldi, qapını açanda dəhşətə gəldilər – 25 yaşlı Ayşəni öldürüb… TƏFƏRRÜAT

0

Sumqayıtda 25 yaşlı qızın boğularaq öldürülməsinin bəzi təfərrüatı üzə çıxıb.

IctimaiRey.az  xəbər verir ki, 17-ci mikrorayonda yerləşən binada yaşayan sakinlər mayın 12-də oradan kəskin qoxunun gəldiyini hiss edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra əraziyə xilasedicilər və polislər gəlib. Mənzilin qapısının açılmasından sonra 1997-ci il təvəllüdlü A.Bayramovanın meyiti aşkarlanıb.

İlkin araşdırmalar nəticəsində Ayşənin tanışı Xalid Əmənov tərəfindən 4 sutka əvvəl boğularaq öldürülməsi və meyitin həmin müddət ərzində mənzildə bağlı qapı arxasında qalması məlum olub.

Qeyd edək ki, A.Bayramova həmin mənzildə yeni kirayə yaşamağa başlayıbmış.

Faktla bağlı cinayət işi başlanıb. Xalid Əmənov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »