Çində 40 ildir 55 yaşlı kişi universitetə ​​qəbul olmağa çalışır

0

55 yaşlı çinli 40 ildir ki, Siçuan Universitetində tələbə olmağa çalışır. Lian Şi ilk dəfə 1983-cü ildə tələbə olmağa qərar verib, lakin o vaxtdan bəri heç vaxt keçid balını toplaya bilməyib. Universitetə ​​daxil olmaq üçün uğursuz cəhdlərə baxmayaraq, kişi uğurlu iş adamı olub və tikinti materialları şirkətinin sahibidi..

Buna baxmayaraq o, ali təhsil diplomu almaq cəhdindən əl çəkmir. “Mənim 55 yaşım təzəcə tamam oldu. Tarix və coğrafiyanı öyrənməkdə hələ heç bir problemim yoxdur, imtahan verməyə davam edəcəyəm”, – Lian Şi əmin edib.

Keçən il kişi tələb olunan 750 baldan 403 bal toplaya bilib.Yeni tədris ilində Lian Şi öz nəticəsini yaxşılaşdırmaq və nəhayət universitetə ​​daxil olmaq niyyətindədir.

 59 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »